Yadlaşma (fəlsəfə)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Yadlaşma anlayışı - Marksın nəzəriyyəsinin xüsusilə başlanğıc mərhələsində bariz bir prioritetə və əhəmiyyətə malikdir.

Marksın ilkin yazılarında bu prioriteti və yadlaşma anlayışını müxtəlif məzmunlarda görmək olar. 1844-cü il əlyazmalarını və "Alman ideologiyası"nı bu nöqtədə xatırlamağa dəyər. Marksın bu əsərlərində iki cür yadlaşmadan danışmaq olar. Bunlardan birincisi təbiətdən qopma mənasındakı yadlaşma: insan təbiətdən qoparaq mədəni-ictimai sahədə özünə ikinci bir təbiət qurmaq mənasında təbiətə yadlaşır. Bu insani keyfiyyət baxımından müsbət qarşılanan yadlaşmadır, müəyyən bir müddət olaraq başa düşülür.

İkinci yadlaşma isə şəxsən kapitalist bazarın və kapitalist ictimai sistemin yaratdığı yadlaşmadır. Bunun nəticəsi kimi insan öz təbiətinə yadlaşır. Beləliklə, insan özünə, öz əməyinə, münasibətlərinə, dünyaya və həyata yadlaşır. Kapitalist bazarın bir elementi olaraq işləyən mexanizmlərdən biri halına gəlir. Aydın olduğu kimi, yadlaşma nəzəriyyəsinin Marksın insanın təbiəti anlayışı ilə yaxından əlaqəsi vardır. Marksın işlərinin sonrakı dönəmlərində (məsələn "Kapital" əsəri) bu anlayışı istifadə etmədiyi görülür, amma bununla birlikdə bu anlayışın ehtiva etdiyi perspektivi bir şəkildə davam etdirdiyi deyilə bilər. Əmtəə fetişizmi nosyonunun bir mənada insanın öz təbiətinə yadlaşmasının maddi təməlini ya da strukturunu açıqlamağa çalışdığını söyləmək yanlış olmaz.

Marksın ilkin əsərlərində, yadlaşma (Alm.: Entfremdung) təbii olaraq bir-birinə aid olan şeylərin ayrılmasını və ya balanslı bir uyğunlaşma içərisində olan şeylər arasındakı ziddiyyəti ifadə edər. Bu anlayışın ən önəmli istifadəsində, anlayış insanların insan təbiətinin hallarına yadlaşmasına istinad olur.

Marks yadlaşmanın kapitalizmin sistematik bir nəticəsi olduğunu nəzərdə tuturdu. Nəzəriyyəsi Feyerbaxın " Allahın insanların xarakterlərini yadlaşdırdığı" düşüncəsini müzakirə etdiyi "Xristianlığın Özü" (1841) əsərinə əsaslanır. Stirner bu analizi "The Ego and Its Own" — "Ego və Özü" (1844) əsərində insanlığın fərd üçün bir yadlaşma idealı olduğunu açıqlayaraq daha irəli aparmış, ancaq Marks "Alman İdeologiyası"nda (1845) onu tənqid etmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]