qazan
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | qazan | qazanlar |
Yiyəlik halı | qazanın | qazanların |
Yönlük halı | qazana | qazanlara |
Təsirlik halı | qazanı | qazanları |
Yerlik halı | qazanda | qazanlarda |
Çıxışlıq halı | qazandan | qazanlardan |
- İçində xörək bişirmək, su qaynatmaq və s. üçün böyük girdə metal qab. Mis qazan. Aş qazanı. Qulplu qazan. Buxar qazanı. – Qazan olmayan yerdə güvəc də qazandır. (Ata. sözü). Ocaq daşının üstündə iri qazandan plov qoxusu gəlirdi. Ə.Vəliyev. _Qazan asmaq – qazanda xörək bişirmək. Oxudular fatihə əmvat üçün; Neçə qazan asdılar xeyrat üçün. S.Ə.Şirvani. ◊ Qazan qaynatmaq – iş düzəltmək, təşəbbüs etmək, hazırlıq görmək, zəmin hazırlamaq. [Məşədi Püstə:] Qoy, qonşumuz Kəblə Paşanın yasından başım ayılsın, mən bir qazan qaynadaram ki. H.Sarabski.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|