"Was mich nicht umbringt, macht mich stärker" - Friedrich Nietzsche.
Favorite films
Don’t forget to select your favorite films!
Recent activity
AllRecent reviews
More-
Everest 2015
Dağçılıqla, alpinizmlə bağlı nə qədər adrenalin sevən biri olsam da, risqlərə bağımlı olsam da, bu səfər bir şeyin əyani şahidi oldum.
Ölüm çox şiddətli bir prosesdir. İnsan ölümü şüurlu şəkildə dadmamalıdır. Rüfət müəllimim hər zaman, tez-tez deyirdi ki, sizlər zarafatı sevsəniz də, amma dağlar və zirvələr zarafatı sevmir. Ona görə onlarla zarafat etmək olmaz.
İndi bu film vasitəsilə başa düşürəm, əslində, dağların niyə görə zarafat sevmədiyini.
1996-cı ildə Everest zirvəsinə qalxarkən həyatlarını itirmiş peşakar alpinistlərin məkanları nurlu olsun. Cəsur insanlar, dağlarda rahat yata bilərsiniz…
Translated from by -
Lone Survivor 2013
Marcus Luttrell həm ssenarist olaraq, həm də "Lone Survivor" filmindəki hadisənin real yaşayan üzvlərindən biri olaraq, həqiqətən də, 2000-ci illərdəki ABŞ elit ordusunun Əfqanıstandakı Taliban üzvlərinə qarşı keçirdikləri əməliyyatları ssenaridə çox möhtəşəm şəkildə canlandırıb.
Düzdür, epik hadisələr daha çox vahid xətt üzərində qurulsa da, amma ssenari çox möhtəşəm, incə prizma üzərində qurulub.
Fəqət, məni düşündürən bir şey budur ki, görəsən, Marcus Luttrell günümüzədək yaşayan və o hadisədən tək sağ çıxan bir ABŞ elit ordusunun üzvü olaraq yaşananları həqiqətən də mi…
Translated from by
Popular reviews
More-
The Platform 2019
Bir var ekzistensializmi Dostoyevski, Haydeqqer, Kamü və Sartr kimi yazıçıların əsərlərindən oxumaq, bir də var ki, onu Galder kimi rejissorların sayəsində vizual olaraq izləmək və dərk etmək. Platforma filmi də özündə nəinki ekzistensializmin praktik mahiyyətini, həmçinin ədəbi, teoloji, sol ideoloji və psixoanaliz anlayışlarını özündə cəmləşdirərək insanoğlu, yaşam iyerarxiyası və cəmiyyət haqqında nisbi reallıqları bizə sorğuladan bir filmdir.
Ümumiyyətlə, bu filmdə əsas obrazla, yəni Goreng vasitəsilə çox gözəl mesajlar verilib. Deməli, platformaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə…
Translated from by