Esma

Esma

Favorite films

  • The Dark Knight
  • The Truman Show
  • The Prestige
  • Whiplash

Recent activity

All
  • Bruce Almighty

    ★★★½

  • Midnight in Paris

    ★★★½

  • Dune

    ★★

  • Cruella

    ★★★★

Recent reviews

More
  • Bruce Almighty

    Bruce Almighty

    ★★★½

    Həyatı boyu Tanrıya üsyan edən və Tanrı tərəfindən buyur sən hökmranlıq et denilən müxbir və onu oynayan Jim Carrey. Daha nə istənilə bilər? Jim Carrey mükəmməl bir komediyaçıdır. Film boyunca dialoqlar və Jim'in mimikaları sayəsində bir xeyli güldüm. 😂 Komediya janrında olmasına baxmayaraq çox güclü və mənalı mesajlar var. Əgər kimsə Tanrıya səbr üçün dua edərsə, Tanrı ona səbr verər? Yoxsa səbrli olmaq üçün ona fürsət yaradar? Hər şeyi Tanrının öhdəsinə buraxmamalıyıq. Tanrı roluna Morgan Freeman'i qoymaqları əla seçimdir. Zatən o aktyoru düşündüyümüz zaman ilk ağlımıza ilahi bir personaj gəlir 😄🤍

  • Midnight in Paris

    Midnight in Paris

    ★★★½

    Uzun zamandır ki izləmək istəyirdim, nəhayət, fürsət tapıb izləyə bildim. Çoxlarının, o cümlədən mənim də keçmişə həsrətim var. Bunun ən mühüm səbəblərindən biri də bildiyimiz kimi öz zamanımızdan narazılıqdır. Rejissor bizi baş qəhrəmanı ilə bu personajın heyran olduğu keçmişə aparır. Bir izləyici olaraq mən də baş qəhrəmanın eyni həzzini yaşadım. O illərə qayıtmaq, tarixin yazıçılarını, rəssamlarını görmək məni çox sevindirdi. Məsləhət görürəm, özəlliklə ədəbiyyat sevərlərə 👀🤎

Popular reviews

More
  • Dead Poets Society

    Dead Poets Society

    ★★★★½

    Dialoqlarda onlarla mesaj var. Fəlsəfi mesajı olan bir filmdir. Filmdəki hər bir xarakter fərqli və gözəldir. İzləməkdən həzz aldım, öyrəndim və kədərləndim. Film bizə bir həyatımızın olduğunu, istədiyimizə can atmalı olduğumuzu, ağıllı olmağımızı, özümüzü tanımalı olduğumuzu göstərən bir filmdir. Oh captain, my captain! 🫶🏼

    A person is free only in dreams ( J. Keating )

  • The Truman Show

    The Truman Show

    ★★★★★

    Filmin ilk başlarda komediya janrında olduğunu düşünürük, amma zaman keçdikcə filmin alt süjetində necə fəlsəfi bir ideya yatdığını anlayırıq. Ən fərqli və maraqlı mövzusu olan filmlərdən biridir. Xahiş edirəm izləyin və mənə təşəkkür edin. Bu filmi izlədikdən sonra bir müddət təsirindən çıxa bilməmişdim. Tək sözlə həyatı sual altına qoyur. Jim Carrey aktyorluğu deyə bir şey var 🤤👏🏻💯

    "In case i dont see ya, good afternoon, good evening and good night"

Following

180