21
Favorite films
Recent activity
AllRecent reviews
More-
Ivan's Childhood 1962
İzlədiyim ən yaxşı müharibə filmi oldu. Silah,bomba səsləri olmadan da müharibə filmi də çəkilə bilərmiş bunu elə Tarkovskidən gözləmək olardı. Film o qədər möhtəşəm idi ki sonu məni parçaladı…
Translated from by -
Ikiru 1952
Boşa keçən bir ömrün , ölümü yaxınlaşanda dəyərini bilən bir adam. Həyatı yaşamağın barlarda əylənmək, içki içmək, fahişələrlə gəzmək olduğunu sınayandan sonra anlıyır ki bu yaşamaq deyil. Watanabe özüdə yaşamaq üçün gecikdiyinin fərqindədir və bu boşa getmişlik hissinin onun ürəyini necə parçaladığını görəndə bu mənə çox pis təsir etdi. Əslində yazmaq istədiyim çox məqamlar var. Amma ən çox insanların ehtiyacı olan parkı düzəltdirib o parkdakı yelləncəkdə gecə vaxtı tək başına yellənərək oxuduğu mahnı, yağan qar ( yenə havanın soyuğunu hiss etdiyim bir film oldu) , biraz sonra öləcək Watanabe’nin xoşbəxt və hüzurlu olması qəlbimi sızladan bir səhnə oldu.
Translated from by
Popular reviews
More-
Eternity and a Day 1998
Buram buram dəniz qoxan bir film idi. Alexandre, yaşamını qaçmaqla keçirən (əslində hamımız həyatımızın bir qismini qaçaraq keçiririk bəlkədə sürgün olunuruq), sevməyin nə olduğunu bilməyən, peşmançılıq ilə dolu bir adam. Filmdə məni ən çox yaralayan (qəlbimin ağrısı bütün orqanlarıma vurdu) 1-2 məqam var idi biri uşağın ölən dostuna dediyi sözlər bir uşaq üçün olduqca dərin və sorğulayıcı idi. Digəridə, Alexandre’n anası ilə olan dialoqu…
Yəni, qısaca film mi bitdi ya mən mi müzakirə oluna bilər.////Translated from by -
Blind Chance 1987
İlk dəfədi bir filmə yazılı şəkildə öz fikrimi bildirəcəm. Bu filmdə insanın həyatdakı seçimləri və bu seçimlərin həyatımıza necə təsir etməsi çox gözəl bir şəkildə işlənilib. İnsan daima şüurlu və ya şüursuz şəkildə seçimlər edir. Bu seçimlərin əslində ümumi bir şəkildə nələrə yol açacağını təxmin etsəkdə heç vaxt tamamilə nəyə yol açacağını bilə bilmərik. Filmin məğzi baş rolu Witek’in Varşavaya gedən qatara çatıb ya çatmaması ilə bağlıdır. Film 3 hissəyə bölünüb və hər hissədə ötürülən mesaj bu idiki, insan yaşanacaqlardan qaça bilmir, və hər fərqli seçimlərində fərqli acıların olmağı isə qaçınılmazdır. Filmdəki musiqi seçimləridə olduqca möhtəşəm idi.
Translated from by