Bu il Türkiyəni , “ Cannes “ film festivalında təmsil edən və ölkədaxili bir çox mükafat qazanan “ Kurak günler “ filmini bugün izləmək şansı tapdım . Film 4 hissədən ibarətdir . Hər hissə müəyyən bir hekayə içində başlayır və mükəmməl şəkildə sonlanır . Rejissor Emin Alper əsasən Türkiyədə son illər olan siyasi problemlər , qadınlara qarşı olan rəftar , homofobiya kimi bir çox problemləri filmdə göstərir .Film “ Yanıklar ” adlı qəsəbədə keçir . Bu qəsəbə bir növ Türkiyənin…