Favorite films
Don’t forget to select your favorite films!
Don’t forget to select your favorite films!
Film ümumiyyətlə çox əla filmdir. Rejissor, Jonathan Glazer-in yaradıcılığına böyük təqdir düşür. Dəfələrlə təkrar-təkrar işlənmiş mövzuya fərqli yanaşma qatıb. Filmdəki hadisələrdən elə də böyük vaxt keçmədiyi üçün film sektoru hələ də bunun çörəyini yeyir. Ən acınacaqlı tərəfi filmin çəkildiyi vaxtda bunu yaşamış (yaşadılmış) xalqın rəhbəri və bürokratlarının başqa bir topluma bunu təkrar yaşatmasıdır. Aralarında fərq yoxdur, mahiyyətcə eynidirlər. Əvvəlkində olduğu kimi “Üstünlük” sindromudur.
Çox iddialı film idi, Kierkegaardın fikrinə qarşı ssenaristin sondakı cavabı filan çox yaxşı idi. Birdə ki ilk dəfə vodkanı mədəni içən kollektiv gördüm, deməli vodkada da mümkündür 😂
Çox mükəmməl bir film idi. WW2 haqqında çəkilən yüzlərlə filmdən sonra bu çox yaxşı oldu. Bu qədər geniş çəkilən ilk ww1 filmi idi yəqin ki. Prodüserin yanaşması da əla idi. Məncə, traixə keçəcək filmdir.
Ayrıca olaraq almanların retorikada nə qədər üstün olduğunu da başa düşdüm.