some cinema stuff or whatever
Favorite films
Recent activity
AllRecent reviews
More-
-
If I Die, Forgive Me 1989
Qayıdış, gecikmiş sevgi, savaşın bitməyən yaraları…
O, vətənə deyil, tanımadığı bir həyata qayıdıb; burada küçələr dəyişib, insanlar dəyişib, ən pisi isə… o dəyişib. Onun üçün şamlar çoxdan sönüb.
Bəlkə də, insan həmişə müharibədə ölmür, bəzən qayıdanda da ölür.Translated from by
Popular reviews
More-
The Day Passed 1971
İki ruhu birləşdirən keçmişin solğun işıqları, ayıran isə həyatın sərt qanunlarıdır. Sevginin səsi bəzən çox gec, bəzən isə heç eşidilmir…
Oqtayın gözlərində qürub edən arzular, Əsmərin baxışlarında donub qalan xatirələr. Hamısı isə illərin tozuna bürünmüş bir sevginin izləridir.
Bakı küçələri onların addımlarını xatırlayır, piano sədaları ürəklərə toxunur, fəqət gün keçdi…və bəzən keçmişə qayıtmaq olmur.Gün keçdisə, biz keçmişin içində qalıb yaşamalıyıq, yoxsa ona minnətdarlıqla vida edib yolumuza davam etməliyik?
“Əziziyəm bir də mən,
Doldur içim bir də mən.
Ömür keçdi, gün keçdi,
Cavan olmaram, bir də mən.”“Belə görünür ki, adam həmişə harasa getmək istəyir.”
Translated from by -