İraq

Yaxın Şərqdə dövlət

İraq (ərəb. العراق; kürd. عێراق) və ya rəsmi adı ilə İraq Respublikası (ərəb. جمهوریة العراق; kürd. کۆماری عێراق) — Qərbi Asiyada dövlət. İraq Yaxın Şərqdə dünyanın ən qədim mədəniyyətlərinin beşiyi olmuş Aşağı Mesopotamiya bölgəsində yerləşir. Şimalda Türkiyə, şərqdə İran, cənub-şərqdə Küveyt, cənubda Səudiyyə Ərəbistanı, cənub-qərbdə İordaniya, qərbdə isə Suriya ilə həmsərhəddir. Ölkənin cənub-şərqdə Fars körfəzinə çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Bağdad, ümumi sahəsi 438,317 kvadrat kilometr, əhalisinin sayı 40 milyon nəfərdən çoxdur. Digər böyük şəhərləri Mosul, Kərbəla, NəcəfƏrbildir. İraq Yaxın Şərqdə strateji mövqeyi, sahib olduğu neft ehtiyatları və əkinçiliyə əlverişli torpaqları ilə bölgənin geopolitik əhəmiyyətə malik ölkələrindən biridir. İraq Səudiyyə Ərəbistanından sonra dünyanın ən böyük ikinci neft ehtiyatına malikdir.

İraq
ərəb. جمهوریة العراق
kürd. کۆماری عێراق
Bayraq Gerb
Bayraq Gerb
Himn: 

"Mawtini"
ərəb. "موطني"
azərb. Ana Vətənim
Tarixi
 • İraq Krallığı 3 oktyabr 1932
 • Respublikanın yaranması 14 iyul 1958
Rəsmi dilləri
Paytaxt Bağdad
İdarəetmə forması Federativ respublika
Baş nazir Məhəmməd Şiə Əl Sudani
Sahəsi Dünyada 58-ci
 • Ümumi 435,052 km²
 • Su sahəsi (%) 1.1
Əhalisi
 • Əhali 36 004 552 nəfər (45-ci)
 • Sıxlıq 82,7 nəf./km² (125-ci)
ÜDM (AQP)
 • Ümumi 733.926$ dollar  (34-cü)
 • Adambaşına 17.952$ dollar  (76-cı)
ÜDM (nominal)
 • Ümumi (2019) 250.070$ dollar  (48-ci)
 • Adambaşına 6.116$ dollar  (97-ci)
İİİ (2017) 0.685 (azalış; 120-ci)
Valyuta İraq dinarı
İnternet domeni .iq
ISO kodu IQ
BOK kodu IRQ
Telefon kodu +964
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
İraq

İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilmiş, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.

Etimologiya

redaktə

İraq sözünün ölkə ərazisində qədim dövrlərdə yerləşmiş Uruk şəhərinin adından götürüldüyü güman edilir. Bu barədə digər ehtimal isə İraq sözünün uzaq mənasını verdiyi və bu adın ölkə Osmanlı İmperiyası tərəfindən idarə olunduğu dövrlərdə mərkəzə olan uzaqlığına görə verilməsidir. Başqa bir ehtimal isə ərəbcə irak sözünün "düzən" mənasıdır.

  Əsas məqalə: İraq əhalisi

2009-cu ilin oktyabr ayında İraqda əhalinin siyahıya alınması planlaşdırılır .[3] İraqın digər Ərəb ölkələri ilə müqayisə edildiyində geniş bir şəhərli orta sinifə və nisbi bir səriştəli işgücünə sahib olması diqqətləri çəkər. İraq, Ərəb ölkələri arasında, Misirdən sonra ən çox məlumata sahib olan ölkə mövqesindədir. İraq olduqca gənc əhaliyə sahib olub əhalinin 55 %-i 15–64 yaş qrupuna, 42 %-i 0–14 yaş qrupuna, 3 %-i isə 65 yaş və yaxarı qrupa daxildir. Orta ömrün təxminən 66,5 il olduğu İraqda körpə ölüm nisbətlərinin yüksəkliyi (6,2%) əhəmiyyətli bir problemdir. İraq əhalisinin 58 %-i oxuyub-yaza bilmir. Bu nisbət kişilərdə 70,7%, qadınlarda 45%-dir. 2000-ci il üçün əhalinin artım sürəti 2,86% olaraq təxmin edilmişdir.

Milli tərkib

redaktə

Bəzi mütəxəssis qiymətləndirmələrinə əsasən İraq əhalisinin 65%-ini ərəblər , 17%-ini[4] kürdlər, 13%-ini türkmanlar, 3%-ini assuriyalılar, 1%-ni farslar, 1%-ini isə digər xalqların nümayəndələri təşkil edir .

İraqın cəmi əhalisinin təxminən 60 %-ni şiə, 35 %-ni isə sünni müsəlmanlar , 3 %-ni xristianlar, 2 %-ni digər dinlərə etiqad edənlər təşkil edir.[5] Sünnülüyün hənəfi və az sayda şafii məzhəbinə ölkənin müxtəlif rayonlarında yaşayan bədəvi ərəblər, şəhər əhalisinin bir hissəsi (ilk növbədə Bağdad və Bəsrə şəhərinin əhalisi), Yuxarı Mesopotamiyanın ərəbləri, eləcə də kürdlər, türklər, çərkəzlər, türkmələrin böyük hissəsi ibadət edir. İraqın mərkəzi və cənub hissəsində yaşayan əkinçi ərəblər, farslar, lurlar və türkmənlərin üçdə ikisi şiələrdir. Eyni zamanda az sayda əli-ilahi (kürdlər, türkmənlərin bir hissəsi), ismaililər, bəhailər də vardır. Xristianlar ölkənin iri şəhərlərində, eləcə də Mosulun kənd yerlərində məskunlaşıblar. Onlar əsasən assuriyalır, ermənilər və ərəblərin bir hissəsidir. Xristianların böyük qrupunu əsasən müxtəlif uniat kilsələrinin ardıcılları olan katoliklər təşkil edir. Onların əksəriyyəti xaldo-katoliklərdir. Bununla yanaşı siro-katoliklər (35 min nəfər) və erməni–qriqoryanlardır. Latın ənənəvi katoliklər azlıq (3,5 min nəfər) təşkil edir ki, bunlar da əsasən İraqda yaşayan əcnəbilərdir. Digər xristian təmsilçiləri nestorianlar (65 min nəfər), erməni-qriqoryanlar (23 min nəfər), yakobitlər (12 min nəfər), pravoslavlar, protestantlardır. İudaistlər müəyyən bir dövrdə əhəmiyyətli sayda olsalar da, ötən əsrin 50-ci illərində İsrailə köçmüşlər və bu gün onların İraqdakı sayı yalnız 450 nəfərdir. Ölkədə bir sıra qədim din və sektaların da ardıcılları vardır: yezidilər (70 min nəfər, Mosul, Kərkük və Sincar rayonunda yaşayan kürdlərin bir hissəsi), mandeylər (14 min nəfər, Ən-Nəsiriyyə rayonunda məskunlaşmışlar).

Coğrafiya

redaktə
  Əsas məqalə: İraq coğrafiyası
 
İraq Coğrafiyası

İran körfəzi ölkələri arasında İraq Səudiyyə Ərəbistanı və İrandan sonra 434,128 km² ilə ən böyük ərazisi olan ölkədir. Şimalda Türkiyə, qərbdə Suriyaİordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924 km²-lik quru sularına malikdir. Beləliklə tipik bir quru dövləti olan İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir. İraqın qonşuları İran (1.458 km), Səudiyyə ərəbistanı (814 km), Suriya (605 km), Türkiyə (331 km), Küveyt (242 km) və İordaniya (181 km) ilə olan cəmi sərhəd uzunluğu 3631 km-dir.

İraq, Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var.

Relyefinə görə İraq, əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada ən böyük ovalıq sayılan Mesopotamiya ovalığı tutur. Ovalığın səthində çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən ərazinin səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər şimalda Babilistan ovalığı ilə əvəz olunur. Ölkənin şimal və şimal-şərq hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə səhra tipli relyefə malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon – Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali İraq dağlıq bölgəsi və Əl-Bədiyə adlanan səhra ayrılır. İraqın ən hündür yeri (3598 m) İranla həmsərhəd bölgələrdədir.

İqtisadiyyatı

redaktə
  Əsas məqalə: İraq iqtisadiyyatı

XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60–65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.

Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır:

  • əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika və mədən sənaye müəssisələrini yenidən işə salmaq;
  • ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq;
  • insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq;
  • əhalini ərzaq, içməli su, dərman preparatları ilə təmin etmək;
  • səhiyyə və maarif sistemlərinin işini bərpa etmək;
  • ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq;
  • qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək.

XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı.

İraqda qışlar soyuq və quraq, yaylar isə isti və buludsuz keçir. Ərazisinin çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına səbəb olur. İranTürkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq bölgələrə, qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı toz və qum fırtınalarına da tez-tez rast gəlinir. İraqın əksərən geniş düzlüklərdən ibarət olan ərazi quruluşu var. İran sərhədində geniş bataqlıqlar da mövcuddur.

Ölkənin iqlimi şimalda və mərkəzdə subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar, quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu Mosulda (ölkənin şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə (cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50 dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Yanvar ayının orta temperaturu Mosulda müsbət 5–7, Bağdadda 9–10 dərəcə olur. Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb küləkləri əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə "xəms"in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər yer bozarır. Hava sarı rəngə çalır. Küləklə gələn qum adamı göz açmağa qoymur. Bu küləyi şimal ölkələrində qar yağan zaman baş verən çovğunla müqayisə etmək olar. Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır. Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az (100 mm) düşür. Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənub şərqinə düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və tədricən ölkənin şərqini əhatə edən leysan yağışlar əksər hallarda güclü daşqınlarla nəticələnir.

Daxili sular

redaktə

İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili sularla zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718) və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimal-qərbdən cənub-şərq istiqamətində axan Dəclə və Fərat Əl-Qürnə şəhəri yaxınlığında birləşərək Şətt-ül-Ərəb (mənası Ərəb çayı) adı altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul etmir. Dəcləyə isə mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopotamiya ovalığına 70 kub metr həcmində su gətirir.

Tez-tez baş verən daşqınlar Dəclə və Fəratın aşağı axınında bataqlaşmış sahələr əmələ gətirmişdir. Hidrotexniki qurğuların tikintisi çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil, Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə, İraq üçün də Dəclə və Fərat bir o qədər əhəmiyyətlidir. Bu çaylar Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çayların nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə şəhərinə qədər qalxmasına imkan yaradır.

  Əsas məqalə: İraq tarixi

Ən qədim şərq mədəniyyətlərinin doğulduğu Mesopotamiya, 633–642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə ƏməvilərAbbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür. Əli ilə Əməvilər arasındakı Siffin döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə Səlcuqlular'ın hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən etibarən isə Monqol istilası'na uğramış və iki əsr monqol idarəsində qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar. Daha sonra bölgə Ağqoyunluların (1444–1467), 1499–1508-ci illər arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi 1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik ististalar xaric olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır.

Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi ilə Məkkə əmiri Şərif Hüseyndən də istifadə edilmişdir. Şərif Hüseyn və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb Dövlətinin krallığı vəd edilmişdi, lakin bunun əvəzində 1916-cı ildə Böyük BritaniyaFransa arasında əldə edilən Sayks-Pikot müqaviləsinə əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu razılaşmağa görə yeni- "süni" dövlətlər quruldu. Sayks-Pikot xətti deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük imperialist gücü olan Böyük Britaniya və Fransanın Yaxın Şərqə baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində, təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan dövlətlərdən İraq, İordaniyaFələstin Böyük Britaniya bölgəsini, SuriyaLivan isə Fransa bölgəsini təşkil etmişdir.

Yekun olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına verilmişdir.

Müasir İraq

redaktə
 
2004-cü ildə təklif edilən bayraq
 
Səddam Rejimindən sonra istifadə edilməyə başlanan İraq Bayrağı

Müasir İraq 1920-ci ildə Osmanlı İmperiyasının Birinci dünya müharibəsində məğlub olması ilə ingilislərin ələ keçirdiyi Osmanlı vilayətləri olan Mosul, Bağdad və Bəsrəni yeni bir siyasi vahid olaraq birləşdirməsinin nəticəsində Dəclə-Fərat hövzəsinində qurulmuşdur.

İngilislər əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan üsyanlarda xüsusilə Şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən Məhəmməd Peyğəmbər'in nəslindən olan Kral Feysəl İraqın başına keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm də Osmanlının ardından ortaya çıxan xəlifə boşluğunu bu şəkildə dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlaşdırmışdır.

Kral Feysəl başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun qurduğu Ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə Şiə qrupların reaksiyasını yığmışdır. Kral Feysəl güclü və müstəqil bir İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün bütün gücü ilə çalışsa da İraqlı Kürdlər və Şiələrin mənfi rəftarıyla qarşılaşmış və əsgərə götürmələrdə daim problemlər yaranmışdır. Hər iki birlik də Sünni Ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər.

Sonrakı illərdə Sünnilərlə Şiələr arasındakı inteqrasiya müddəti yaşanmış qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928 gəlindiyində 88 nəfərlik İraq parlamentində 26 Şiə üzv vardı. 1930-cu ildə İraq hökuməti müstəqil bir dövlət olma yolunda İngiltərə ilə 25 illik bir razılaşma imzaladı və İraq 1932-ci ildə Millətlər Cəmiyetinə müstəqil bir dövlət olaraq qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik qarşıdurmalar artdı.

1935da İtalyanların Həbəşistanı işğal etməsi Orta Şərq ölkələri arasında xüsusilə təhlükəsizlik narahatlığının meydana gəlməsinə səbəb olmuşdur. İtalyanlar Şimali Afrikada qurduqları bu hakimiyyəti Orta Şərqə də yaymaq istədi. Nəticədə Yəmənlə bağladığı müqavilə ilə Qırmızı dəniz'ə nəzarəti ələ keçirdi. Bu səbəblə Orta Şərq ölkələri arasında Sədabad müqaviləsi imzalandı.

İkinci dünya müharibəsi illərində hakim güclər arasında yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar etdikləri inqilab ilə özlərinə yaxın bir hökuməti başa gətirsələr də, edilən əks-inqilab ilə İngilislər təkrar hakimiyyəti qurmuşlar. İkinci dünya müharibəsi illərində Türkiyə sərhədlərinə qədər gələn Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini qırmaq idi, lakin daha sonra Alman ordularının Rusiyaya qayıtması, Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş və döyüşə girməmişdir.

1936-cı ildə Kürd mənşəli bir Polkovnik olan Bəkir Sidqi liderliyində bir inqilab reallaşdı. 1941-ci ildə isə May hərəkatı olaraq bilinən ikinci bir zərbə oldu. 1945-ci ildə Ərəb ölkələri bir araya gələrək, bir Ərəb Birliyi təşkilatı qurdular. Ərəb Birliyi hərəkatı Ərəb ölkələri arasında milliyyətçilik duyğularının da artmasına səbəb oldu. Bunun nəticəsi olaraq da İraq, Suriya, İordaniyaLivan bir tək ölkə olaraq birləşmə düşüncəsi ortaya atıldı. Ərəblərin birləşmə düşüncəsini xüsusilə İngiltərə dəstəkləyirdi. Bu birləşmə ilə İngilislər, Suriya və Livandakı Fransız hakimiyyətini qaldıraraq bu bölgələri də öz hakimiyyəti altına almağı məqsəd qoyurdular. Digər güclü bir Ərəb ölkəsi olan Misirdə bu birləşməyə qarşı çıxırdı. Onun narahatlığı isə Ərəb dünyasının ən böyük ölkəsi olma xüsusiyyətini itirəcək olması idi. Orta şərqdə İngilislərin təsirinin zəifləməsi, İsrail dövlətinin qurulması, Misirin müxalifəti kimi səbəblərlə bu birlik fikri həyata keçirilə bilmədi. 1960-cı illərdə Misir və Suriyanın birləşmələri xaricində Ərəb ölkələri arasında hər hansı bir birləşmə olmadı.

İsrailin qurulması ilə Ərəb Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABŞın təsiri ilə Türkiyənin İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı. Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla Bağdad Paktını imzalandı.

İkinci Dünya döyüşü sonrası Dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişmələr yaşandı. İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və Sovetlər doldurmağa başladı. İraq isə bu dövrdə Sovetlər Birliyi yanında iştirak etdi.

1958 inqilabı

redaktə
  Əsas məqalə: 14 iyul inqilabı

1958-ci ildə ildə reallaşan qanlı zərbə ilə Krallıq aşıb, Respublika elan edildi. General Əbdülkərim Qasım respublika başçısı oldu. İraq bu zərbənin ardından Bağdad Paktından çəkildiyini açıqladı. İraqda bu dövr xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir.

İraqda yaşanan bu dəyişiklik Orta Şərqdəki bütün tarazlıqları alt-üst etdi. İraqdakı bu zərbədən təsirlənən Suriyada bənzər bir əsgəri zərbə yaşandı. Orta şərqin tamamilə Sovet Rusiyanın hakimiyyətinə girməməsi üçün ABŞİngiltərə hərəkətə keçdi. ABŞ Livana əsgəri müdaxilə edərkən, İngiltərə İordaniyadakı qarışıqlığı bəhanə edərək buranı işğal etdi.

Orta şərqin əhəmiyyətli bir hissəsinin Sovet təsiri altına girməsi ABŞ və müttəfiqlərini narahatlıqlandırdı. Xüsusilə son dövrdə açıqlanan sənədlər Türkiyənin İraq və Suriyada yaşanan zərbələrin ardından ABŞın nəşr/təzyiqiylə bu ölkələrə yönəlib bir işğal planı hazırladığı və daha sonra bəzi səbəblərdən ötəri bundan imtina etdiyini ortaya qoymaqda.

8 noyabr 1963-da Bəəs Partiyası mənsubları və ordudakı milliyyətçiləri zərbə cəhdində ol/tapıldılar, lakin General Əbül Salam Arif yeni lider oldu və ölkə daxilində kommunist ovu başladıldı. 17 noyabr 1968da Bəəs Partiyası bir zərbə ilə iqtidarı ələ keçirdi. General Əhməd Həsən Əl-Bəkr Respublika başçısı oldu.

Bəəs rejimi (1968–2003)

redaktə

Bəəs Hərəkatı

redaktə

Bəəs Ərəb dilində yenidən diriliş mənasını verməkdədir. 1940-cı ildə Suriyada qurulan bu hərəkatın ilk nəzəriyyəçiləri Əkrəm Sinaqoqu ilə Mişel Əfləqdir (Əfləq, Suriyalı bir Xristian və bu ideologiyanın əfsanəvi lideridir). Bəəs ideologiyası, məqsəd olaraq Orta Şərqdə tək bir Ərəb dövləti qurulmasını mənimsəmişdir. Partiyanın şüarı Birlik, azadlıq və sosializm idi. Partiya ideologiyası Partiya birliyinə və xarici nəşr/təzyiqlərə qarşı dayanmağa söykənirdi. Bəəs hərəkatı Suriyada ortaya çıxmışsa da, İraqda da tərəfdar tapmışdır. BƏƏS Partiyası Suriya və İraqda etdikləri inqilablarla iqtidarı ələ keçirmişdir. Səddam HüseynHafiz Əsəd Bəəs axınının son nümayəndələridir.

17 iyul 1968-ci ildə reallaşan çevrilişin ardından İnqilabçı Əmr/əmrə Şuras(n)ı yaradıldı. Hökumət proqramı mövzusunda başlayan anlaşılmazlıqlar üzərinə Bəəs yanlısı Səddam Hüseynin başında ol/tapıldığı bir qrup zabit iyul sonlarında o biri zərbəçi hizipleri saf xarici buraxdı. Dövlət başçılığı və baş nazirliyə gətirilən əl-Bəkir, eyni zamanda DKK və Bəəs Partiyası Regional komandirliyi başçısı olaraq qəti bir yoxlama təmin etdi. Hökumətə ağırlığını qoyan Bəəs Partiyası, təşkilatlı quruluşuyla dərhal dərhal bütün təşkilatları ələ keçərməyi bacardı. Döşəməs(n)ini genişlətmək istəyən Partiya, 1970-da Kürdlərlə qarşıdurmaya son verərək İraq Kommunist Partiyası (IKP), Kürdüstan Demokratik Partiyası (KDP) və o biri bəzi milliyyətçi və sol meylli siyasi güclərlə əməkdaşlığına yönəldi. Ancaq, 1974da Kürdlərlə, ardından kommunistlərlə əlaqələrin pozulması səbəbiylə yenidən tək partiyalı möhkəm bir rejimə dönüldü.

1976-da baş nazirliyi və bəzi əhəmiyyətli səlahiyyətləri Həsən Əl Bekrdən götürən Səddam Hüseyn, iyul 1979-da, dövlət başçısı oldu.

İran-İraq müharibəsi: 1979 ilində İranda yaşanan İslam İnqilabı oldu. 1975-da Kürd problemini həll etmək üçün İrana bəzi güzəştlər verən İraq 1979-da bu ölkədə yaşanan rejim dəyişikliyindən faydalanaraq İrana müharibə açdı. Hər iki ölkəyə də insani və iqtisadi olaraq böyük itkilər verdirən İran-İraq müharibəsi 1988-ci ildə imzalanan atəşkəs andlaşmasıyla sona çatdı.

İkinci dünya müharibəsindən sonra başlayan Soyuq müharibə bütün dünyanı iki düşərgəyə ayırmışdı. 1980-ci illər Sovetlərin həll edilmə müddətinə girməsinə və Soyuq Döyüşün nəticələnməsinə səhnə oldu. İki qütblü bir dünyadan tək qütblü bir dünyaya doğru fəaliyyət xəritəsi təkrar çəkilməyə başlanması, Orta Şərqə da əks olundu.

İraq 1990-cı ilin avqust ayından neft istehsal kvotalarını aşmaq və müzakirəli bölgələrdən neft çıxarmaqla günahlandırdığı qonşusu Küveytı işğal edərək 19. əli olaraq torpaqlarına qatdığını elan etdi. Səddam Hüseynin uzlaşmaz gücü qarşısında BMTə üzv müxtəlif ölkələr ABŞ liderliyində Səudiyyə Ərəbistana əsgərlərini yığmağa başladı. BM Təhlükəsizlik Şurası İraqa 15 yanvar 1991-nə kimi əsgərlərini Küveytdən çəkməsi üçün bir xəbərdarlıqda etdi. 17 yanvar 1991-ci ildə başlayan və Körfəz Döyüşü olaraq bilinən Çöl Fırtınası Hərəkatı sonunda 27 fevral 1991-ci ildə Küveyt qurtarıldı. 28 fevraldakı atəşkəsin ardından şimaldakı Kürdlər və cənubdakı Şiələr arasında başlayan qiyamlar İraq qüvvətlərin tərəfindən mərhəmətsizcə basdırıldı. Milyonun üzərində İraqlı Kürd Türkiyəİrana sığındı. Bunun üzərinə müttəfiq qüvvətlər 36. paralelin şimalı və 32. paralelin cənubundakı bölgələri İraq uçuşlarına qadağan etdilər.

ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərində İraqa qarşı hava hücumları təşkil etdi. Körfəz müharibəsindən sonra tətbiq edilən BM embarqosu 1996-cı ildə başlayan Qida Qarşılığı Neft proqramıyla yumşadıldı.

İraqın işğalı

redaktə

ABŞBirləşmiş Krallıq liderliyindəki koalisiya qüvvətləri İraqı kütləvi qırğın silahlarından təmizləmək ,Səddam Hüseynın terrora verdiyi dəstəyi kəsməkİraq Xalqını azadlaşdırmaq bəhanəsiylə İraqdakı BƏƏS Rejiminə qarşı hücuma keçdi. 20 mart 2003-də başlayan hava hücumu və onu izləyən quru harekatı sonunda 9 aprel 2003-də paytaxt Bağdada girən koalisiya gücləri Səddam Hüseyn iqtidarını aşırtdı. 15 Apreldə İraq tamamilə koalisiya güclərinin yoxlamasına keçdi. Bundan sonra bir müddət müəyyən bir müqavimət reallaşmadı. Dekabr 2003-də Səddam Hüseyn tutuldu. Sonrakı dövrlərdə işğalçı ABŞ güclərinə qarşı bir müqavimət başladı və indiki vaxtda da bəzən çox şiddətli olaraq(xüsusilə Fəllucədə) davam etməkdədir. Bunun yanında Şiələr ilə Sünnilər arasında dərin bir ayrışma ortaya çıxmış və sanki vətəndaş müharibəsini xatırladan, indiki vaxtda da davam edən şiddətli qarşıdurmalar yaşanmaqdadır. Terror təşkilatları tərəfindən də təşkil edilən hücumlarda çox sayda insan ölmüşdür. 2008 başlarında İşğalın başladığı mart 2003dən bəri 4020 ətrafında ABŞ əsgəri ölərkən 1 milyondan çox İraqlının şiddət, qarşıdurma və müqavimət hadisələri nəticəsni öldüyü ifadə olunmuşdur. Ayrıca ABŞ-nin iraqlı məhbuslara etdiyi işgəncələr skandala gətirib çıxarmışdır. Bunun yanında kefi tətbiqlər nəticəsni öldürülən iraqlı vətəndaşlara rast gəlinmişdir.

İraqın inzibati ərazi bölgüsü

redaktə

İraq inzibati cəhətdən 18 mühafazaya, 102 qəzaya (ərəbcə قضاء) bölünür .

 
tumb
  1. Bağdad (بغداد)
  2. Səlahəddin (صلاح الدين)
  3. Diyalə (ديالى)
  4. Vasit (واسط)
  5. Meysan (ميسان)
  6. Bəsrə (البصرة)
  7. Ziqar (ذي قار)
  8. Müsənnə (مثنى)
  9. Qədisiyə (قادسية)
  1. Babil (بابل)
  2. Kərbəla (كربلاء)
  3. Nəcəf (النجف)
  4. Anbar (أنبار)
  5. Ninəvə (نينوى)
  6. Dohuk (دهوك)
  7. Ərbil (أربيل)
  8. Kərkük (کرکوک)
  9. Süleymaniyə (سليمانية)

İraqın şəhərləri

redaktə
  Əsas məqalə: İraq şəhərləri

İstinadlar

redaktə
  1. 1 2 4.1 // İraq Konstitusiyası. 2005.
  2. http://chartsbin.com/view/edr.
  3. "Unrepresented Nations and Peoples Organization : Iraqi Kurdistan: Census Plan". 2010-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-02.
  4. Radio Free Europa : Kurdish-Arab Power Struggle Leads To Calls For Iraq Census Delay Arxivləşdirilib 2010-09-03 at the Wayback Machine
  5. Russell, Malcom B. The Middle East and South Asia 1997 (The World Today Series). Harpers Ferry, West Virginia: Stryker-Post Publications (1997), pg. 104.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə