Malatyalı Mehmed Paşa
Malatyalı Mehmed Paşa | |
---|---|
5 yanvar 1777 – 1 sentyabr 1778 (ləqəbi: Cəbəcizadə, Darəndəli) | |
Əvvəlki | Dərviş Mehmed Paşa |
Sonrakı | Kalafat Mehmed Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1714 |
Doğum yeri | |
Vəfat tarixi | 7 aprel 1784 |
Dəfn yeri | Malatyalı Mehmed Paşa məscidi, Malatya |
Fəaliyyəti | siyasətçi |
Atası | Cəbəcizadə Mahmud ağa |
Malatyalı Mehmed Paşa (1714, Malatya, Osmanlı imperiyası – 7 aprel 1784) — I Əbdülhəmid səltənətində ümumilikdə 1 il 7 ay 26 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.[1][2][3][4]
Həyatı
[redaktə | mənbəni redaktə et]İndiki Malatyanın tabeliyindəki Darəndədə, bölgənin məşhur Cəbəcizadələr ailəsinə mənsub Mahmud ağanın oğlu olaraq 1714-cü ildə dünyaya gəldi. Digər yandan müxtəlif əyalətlərdə xidmət etmiş Darəndəli Sarı Əbdürrəhman Paşa da əmisi idi. Bu səbəblə gənc yaşlarından etibarən əmisinin fəaliyyət göstərdiyi əyalətlərdə onunla birlikdə xidmət etmişdir. Əmisinin Sivas hakimliyi dönəmində etdiyi müraciət nəticəsində 7 may 1757-ci ildə qapıçıbaşı təyin edilərək saray mühitinə daxil oldu. 1759-cu ildə Niğdə, 1765-ci ildə Gümüşxana əyalətlərinə təyin edildi. Niğdədə tanış olduğu Silahdar Mehmed ağa (daha sonra sədarətə gələn Qaravəzir Mehmed Paşa) vasitəsilə 20 dekabr 1776-cı ildə qapıçıbaşılıqdan sədarət kəndxudalığına gətirildi.
Krım məsələsindəki çəkişmələr nəticəsində uzun illər dövlət xidmətində olmuş birinin sədarətə gətirilməsi düşüncəsiylə Dərviş Mehmed Paşanın yerinə 5 yanvar 1777-ci ildə vəzir rütbəsiylə sədarətə gətirildi. Yeni sədrəzəm ilk öncə yeniçəri ağalığı və kəndxudalıq kimi mühüm vəzifələrdə dəyişiklik edərək idarəetməni ələ almağa çalışdı. Rusların dəstəyilə Krım xanı olan Şahin Gəraya qarşı Hotin, Bəndər və İsmayıl qalalarına ərzaq və silah tədarükü göndərərək sərhəd boyunca ruslara qarşı hərbi tədbirlər gördü. Digər yandan Çar Rusiyasına arxalanaraq ayaqlanan Boğdan hakimi Liqoru paytaxtdan göndərdiyi qapıçıbaşı vasitəsilə edam etdirdi (oktyabr 1777). Yenə onun sədarəti dönəmində polyakların Dunay çayından cənuba köç etmələri qadağan edilmiş, Nəcd bölgəsində meydana çıxan vəhhabilik hərəkatı nəzarət altına alınmışdır. 18 avqust 1777-ci ildə hazırlanan nizamnaməylə timar və zəamət torpaq sistemləri yenidən tənzimlənmişdir.
Təxminən 20 aya yaxın sədarətdə qalan Malatyalı Mehmed Paşa 1 sentyabr 1778-ci ildə vəzifədən alındı. Buna səbəb isə adının bir çox rüşvət hadisəsinə qarışmasıyla yanaşı, Sultan Əbdülhəmid üzərində güclü təsiri olan Silahdar Mehmed ağa ilə münasibətlərinin pisləşməsi oldu. Bozcaadaya sürgün edilən Mehmed Paşa təxminən üç ay burada qaldı. Ardından 11 dekabr 1778-ci ildə vəzir rütbəsi bərpa edilərək İnəbaxdı sancaqbəyliyinə gətirildi. Daha sonra bağışlandı və 18 may 1779-cu ildə İçəl (indiki Mərsin) sancaqbəyi təyin olundu. Bir neçə dəfə Misir hakimliyi təklif edilsə də, bu təklifləri qəbul etməmiş, nəticədə 13 oktyabr 1779-cu ildə Ciddə sancaqbəyliyinə təyin edildi. Ancaq bu dəfə də yaşlılığını bəhanə edərək təqaüdə ayrılmaq istədiyi bildirdi və 28 oktyabrda bütün vəzifələrindən azad edilərək doğulduğu Darəndəyə çəkildi.
Bu dövrdə yaxınlıqdakı əyalətlərdə baş verən hadisələrlə bağlı paytaxtla yazışmalar aparmış, çox keçmədən 8 fevral 1784-cü ildə vəzir rütbəsi bərpa edilərək Ərzurum əyalətinə təyin olunmuşdur. Ancaq vəzifə yerinə gedərkən 7 aprel 1784-cü ildə vəfat edən Mehmed Paşanın cənazəsi doğulduğu Darəndəyə aparıldı və burada öz adına inşa etdirdiyi məscidin həyətinə dəfn olundu. Bu məscidin yanlız minarə qismi günümüzədək gəlib çatmışdır. Ölümünün ardından kürəkəni qapıçıbaşı Mehmed Səid bəy tərəfindən mallarının sayımı aparılmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- BA, Dîvân-ı Hümâyûn, Ruûs Defterleri, nr. 50, s. 150, 259;
- BA, Ali Emîrî, I. Abdülhamid, nr. 52, 156, 1339;
- BA, Cevdet-Maliye, nr. 11017, 18615, 22861, 23273, 25531, 26572/1-10, 28542, 30280, 30455, 31446;
- BA, Cevdet-Maârif, nr. 8619;
- VGMA, Haremeyn Defterleri, nr. 8, s. 325-326 (VGMA, Vakfiye Kataloğu, VI, 1943);
- Ebû Sehl Nu‘mân Efendi, Tedbîrât-ı Pesendîde (haz. Ali İbrahim Savaş), Ankara 1999, s. 145, 150, 160;
- Hâkim Mehmed, Târih, Arkeoloji Müzesi Ktp., nr. 483, I, 60, 165, 253, 306, 349;
- Çeşmîzâde, Târih (nşr. Bekir Kütükoğlu), İstanbul 1993, s. 17;
- Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), III, 38, 45-50, 61;
- Mehmed Hasîb Rûznâmesi (haz. Süleyman Göksu, yüksek lisans tezi 1993), MÜ Türkiyat Araştırmaları Enstitüsü, vr. 29b-30a;
- Rûznâme (I. Abdülhamid), TSMA, nr. E. 12360/1, vr. 3a, 6a, 7a;
- Hasîb Üsküdârî, Vefeyât-ı Ekâbir-i İslâmiyye, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 620, vr. 44a;
- Ayvansarayî, Vefeyât-ı Selâtîn, s. 101-102;
- Sâdullah Enverî, Târih, Millet Ktp., Ali Emîrî, Tarih, nr. 67, II, vr. 61b-63a, 66a-76b, 82a-83a, 85b-88a, 105b, 106a, 109a, 113a, 116a-b, 119b;
- Rûzmerre, TTK Ktp., Yazma, nr. 1001, s. 7-8, 22, 33;
- Ahmed Câvid, Verd-i Mutarrâ: Hadîkatü’l-vüzerâ Zeyli, İstanbul 1271, s. 28-29;
- Zaîmzâde Mehmed Sâdık, Târihçe, İÜ Ktp., TY, nr. 2532, vr. 10a-11b;
- Kethüdâzâde Saîd, Târîh-i Sefer-i Rusya, Süleymaniye Ktp., Esad Efendi, nr. 2143, vr. 14b-15a;
- Faik Reşit Unat, Osmanlı Sefirleri ve Sefâretnâmeleri (nşr. Bekir Sıtkı Baykal), Ankara 1968, s. 87-89;
- E. Raczynski, 1814’de İstanbul ve Çanakkale’ye Seyahat (trc. Kemal Turan), İstanbul 1980, s. 169-170;
- Vahit Türk, “Darende Mehmet Paşa Kütüphanesinde Bulunan Türkçe Yazmalar”, Fırat Havzası Yazma Eserler Sempozyumu: 5-6 Mayıs 1986 Elazığ, Bildiriler (haz. Tuncer Gülensoy), Elazığ 1987, s. 211-218;
- Fikret Sarıcaoğlu, Kendi Kaleminden Bir Padişahın Portresi: Sultan I. Abdülhamid (1774-1789), İstanbul 2001, s. 120, 141-143, 188-189, 241;
- Ahmet Akgündüz v.dğr., Darende Tarihi, İstanbul 2002, s. 398, 454-457, 472-474, 485-492, 708-715.