Tomas Müntser
Tomas Müntser | |
---|---|
alm. Thomas Müntzer | |
Doğum tarixi | təq. 1489[1][2][…] |
Vəfat tarixi | 27 may 1525[3] |
Vəfat səbəbi | başın kəsilməsi[4] |
Təhsili |
|
Fəaliyyəti | keşiş, inqilabçı, ilahiyyatçı, reformasiyaçı[d], söz yazıçısı[d] |
thomas-muentzer.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Tomas Münser(alm. Thomas Müntzer, eləcə də Münzer; təq. 1489[1][2][…] – 27 may 1525[3]) — alman vaizi, Reformasiya dövründə alovlu çıxışları ilə yadda qalmışdı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tomas Münser təxminən 1490-cı il dolaylarında Almaniyada anadan olmuşdu. Əvvəlcə Leypsiq Universiteti, sonra Frankfurt Universiteti təhsil almışdı. Yunan, İbrani və Latın dilləri üzrə mütəxəssis oldu. 1516-cı ildən 1518-ci ilədək monastrda yaşadı. Martin Lüterin 1517-ci ildə katolik kilsəsinə qarşı 95 tezisi yayıldıqdan sonra kilsədən ayrılıb, Vittenberqə getdi.
Mayın ortalarına üsyançılar ümumi proqramın və sonrakı hərəkət planını müzakirə etmək üçün kəndli nümayəndələrinin Geylbronn qurultayını çağırmaq niyyətində idilər. Onun layihəsi "Geylbronn proqramı" adı aldı. O knyazların hakimiyətinin məhdudlaşdırılmasını və ilk növbədə bürgerlərin, eləcə də kəndlilərin və qismən cəngavərlərin maraqlarına cavab verən ölkənin mərkəzləşdirilməsini nəzərdə tuturdu. Bütün hakimlər imperatora tabe olmalı, knyaz və cəngavərlər imperiyanın məmurlarına çevrilməliydi. Kilsə mülkiyətinin sekulyarizasiyası, monastırların bağlanması, ruhanilərin dünyəvi hakimiyətdən məhrum edilməsi, keşişlərin icmalar tərəfindən seçilməsi nəzərdə tutulurdu. Qanun qarşısında ümumi bərabərlik, ticarətin inkişafı üçün gömrüklərin ləğvi, ümumi çəki, pul və b. ölçülər, hakimlərin dağ-mədən sənayesindəki imtiyazlarının ləğvi və s. olmalıydı. Karlı kəndlilər maraqlarına uyğun proqram feodal mükələfiyətlərin onların illik -üsyanda iştirak etmiş əksər kəndlilər üçün əlçatmaz ölçü olan 20 qat dəyərində satın alınması təklif edirdi, lakin bütövlükdə layihənin gerçəkləşdirilməsi öz zamanı üçün tərəqqi yolunda irəli böyük addım ola bilərdi. Üsyançılar qurultay keçirə bilmədilər. Frankoniyaya gələn Truxzesin qoşunları, bir bir üsyançıların dəstələrini darmadağın etdilər. İyunun sonuna yaxın Frankoniyada üsyan yatırılmışdı, bir ay sonra Truxzes Şvabiyadakı üsyan ocaqlarını da söndürdü. Türinqiya və Saksoniyada üsyançılara qarşı, ortaalman knyazlarının qoşunlarına başçılıq edən landqraf Hessenli Filipp çıxış etdi. Türingiyada kəndli və şəhərin plebey əhalisinin üsyançı hərəkatının mərkəzi Mülhauzen şəhəri oldu, burada Reformasiyanın xalq qavrayışının ən böyük nümayəndəsi Tomas Münser öz moizələri ilə şıxış edirdi. Onun təlimində vacib yeri hamı üçün, hətta müqəddəs kəlamdan bir hərf belə oxuya bilməyən, yoxsulluq və əzab yükünü daşıyan sadə insan üçün də aydın olan "daxili tanrı kəlamı" haqda müddəa tuturdu. "Tanrı ədalətini" T. Münser "allahsız tiranlar" olan ağaların və hakimlərin tamamilə kənarlaşdırılmasında və "seçilmişlər ittifaqı" tərəfindən "qılınc" gücünə xalqın hakimiyətinin və yeni qaydaların qurulmasında görürdü. Öz tərəfdarlarına ünvanlanan alovlu moizələrində və məktublarında o, qələbə saatının yaxın olmasından əminlik ifadə edirdi, və buna ciddi şəkildə hazırlaşmağı tövsiyə edirdi. Üsyançıların Frankenhauzen şəhərindəki düşərgəsinə gələrək, Münser knyazlarla dərhal bütün danışıqları dayandırmağı və qəti mübarizə tələb etdi, lakin knyaz qoşunları sayca üstün idilər: düşərgəni toplardan atəşə tutaraq, onlar sonra düşərgəyə soxulub üsyançıların qanına qəltan etdilər, 5 min üsyançı öldürüldü. Münser tutuldu və şiddətli işkəncələrdən sonra edam edildi. Türinqiya və Saksoniyadakı üsyan yatırıldı. Almaniyanın o biri tərəfində Elzasda yerli hakimlərin yardımına gələn hersoq Lotarinqiyalı Anton üsyançılara qarşı bundan da qəddar davrandılar. Yaddelilər qoşunun başında o bir neçə kəndli dəstəsini məhv etdi, Zabern şəhərini alanda isə, ona təslim olmuş 18 min silahsız insanı qırdı. Kəndlilər ən uzun müqaviməti Habsburqların hakim olduqları Avstriyanın Alp rayonlarında göstərdilər. Burada üsyançılara Tirolda xalq cumhuriyətini qurmaq istəyən Mixail Qaysmayer başçılıq edirdi. Düşmənləri tərəfindən təqib edilərək o dəstələrinin bir hissəsini Alplardan keçərək Venesiya mülklərinə tərəf çıxara bildi, burada mübarizənin davamına hazırlaşmağa başladı, lakin Habsburqların göndərdiyi muzdlu qatil tərəfindən öldrüldü.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Thomas Müntzer // Early Modern Letters Online (ing.).
- ↑ 1 2 Bensing M. Thomas Müntzer // Encyclopædia Britannica (ing.).
- ↑ https://www.planet-franken-online.de/muentzer/muentzer.html.